AZ

Tramp dediyindən DÖNMÜR: “Ermənilər də deyir ki, “Böyük Ermənistan” quracağıq”

“Qrenlandiya, Kanada, Panama məsələsi onu göstərir ki, dünya nizamı, dünya qanunları, beynəlxalq hüquq əhəmiyyətini itirir”.

Bu sözləri ABŞ prezidenti Donald Trampın Qrenlandiya iddiasına Avropa İttifaqından etiraz gəlməsini Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

O, bildirib ki, Avropa İttifaqı dişsizdir:

“ABŞ-nin Qrenlandiyada hərbi bazası var. Avropa İttifaqı bəyanatlar verdiyinə aparıb Qrenlandiyada hərbi baza qursun və raketlərini ABŞ-yə tuşlasın ki, bu iddiadan əl çəksin. Amma Avropada o cəsarəti olan adam yoxdur. Qrenlandiya, Kanada, Panama məsələsi onu göstərir ki, dünya nizamı, dünya qanunları, beynəlxalq hüquq əhəmiyyətini itirir”.

“Dünyanın aparıcı ölkəsi beynəlxalq hüquqa hörmət etmədən deyir ki, Danimarkanı məcbur edəcəyəm ki, Qrenlandiyanı satsın, Kanadanı 51-ci ştatım edəcəyəm, Panamadan kanalı geri alacağam. Buna nə ad vermək olar? Ermənilər də deyir ki, “Böyük Ermənistan” quracağıq. Yəni ermənilərlə amerikalı başdanxarablar arasında heç bir fərq yoxdur. Bəşər övladının düşüncəsinin darlığına, səviyyəsizliyinə heyfsilənirəm”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

Seçilən
26
38
yenicag.az

10Mənbələr