Belarus lideri Aleksandr Lukaşenko bildirib ki, Belarusda prezident seçkiləri sakit və yüksək təşkilati səviyyədə, Qərbdə gözlənilən sarsıntılar olmadan keçib.
O, bu barədə Pan-Afrika Parlamentinin nümayəndə heyəti ilə görüşdə bildirib.
BELTA Lukaşenkonun sözlərindən sitat gətirib : “Seçkilər yüksək təşkilati səviyyədə və bəzilərinin gözlədiyi kimi, heç bir sarsıntı olmadan keçdi”.
O əlavə edib ki, seçkilər ölkənin sakit ritmini pozmayıb.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Belarusda keçirilən prezident seçkilərini şəffaf və legitim adlandırıb.
DOĞRU.AZ