400-dən çox ABŞ əsgər və xüsusi təyinatlısı Meksika sərhədinə yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb. Bildirilir ki, 400-dən çox Milli Qvardiyanın əsgəri, Sərhəd Patrulunun xüsusi təyinatlıları və digər qurumlar əlavə olaraq Meksika sərhədinə göndərilib.
“Qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində 400-dən çox Milli Qvardiyanın əsgəri, Sərhəd Patrulunun xüsusi təyinatlıları və digər qurumlar əlavə olaraq Meksika sərhədinə yerləşdirilib”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az