Bakı. Trend:
Açar sözlər: KRVİ, boğaz agrısı.
ÜST-nin məlumatına görə, hər il əhalinin ən azı dörddə biri, həmböyüklər, həm də uşaqlar yoluxucu xəstəliklərdən əziyyət çəkir.Bütün bu halların təxminən 70%-i kəskin respirator infeksiyalarda(KRX) baş verir. Kəskin respirator infeksiyalarının daha çox rastgəlinəni kəskin respirator virus infeksiyalarıdır. Statistikayagörə, hər bir yetkin şəxs ildə təxminən 2-4 dəfə KRVİ iləxəstələnir. Uşaqlar isə daha tez-tez - ildə 4-10 dəfə xəstələnir.Kəskin respirator virus infeksiyaların ötürülmə üsulları çox vaxthava-damcı yolu ilə baş verir (söhbət zamanı, öpüşmə zamanı, sizəasqıran adamdan və s.). Bununla belə, kəskin respiratorinfeksiyaların təmas olmadan da ötürüldüyü hallar tez-tez olur:dəsmal, çirkli əllər, ümumi qablar və s. Bütün hallarda infeksiyamənbəyi həmişə virusların ətraf mühitə yayılmasının xüsusiləintensiv olduğu zaman, başqaları üçün maksimum təhlükə yaradan KRVİilə xəstə olan insanlardır.
Qeyd etmək lazımdır ki, kəskin respirator infeksiyalarınsimptomları adətən tədricən inkişaf edir və onların təzahürüfərdlər arasında fərqli ola bilər. Bütün bu əlamətlər xüsusi viralvə ya bakterial səbəbdən asılı olaraq intensivliyi və müddəti iləfərqlənə bilər. Bir qayda olaraq, KRX əlamətləri boğaz ağrısı vəburun axması ilə başlayır.
Kəskin respirator virus infeksiyalarının müalicəsi ilk növbədəsimptomları yüngülləşdirməyə, ağırlaşmaların qarşısını almağa vəbədənin təbii sağalma proseslərini dəstəkləməyəyönəldilməlidir.
Fəsadların qarşısının alınması infeksiyanın giriş qapısındapatogenin konsentrasiyasını azaltmağa (məsələn, boğaz ağrısınınselikli qişaları) və iltihab prosesinin yayılmasını zəiflətməyəyönəldilməlidir - müalicə nə qədər tez başlasa, xəstəlik bir oqədər yüngül keçər və fəsadlaşma riski olmadan keçər.
Bu vəziyyətdə yerli vasitələr, xüsusilə boğaz antiseptikləritövsiyə edilə bilər. Boğaz antiseptikləri tərkibindən asılı olaraq,boğaz ağrısını, iltihabı aradan qaldıra və ya infeksiyaya qarşıtəsir göstərə bilər.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, ocümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmihesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş vəsistemləşdirilmişdir.