Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçrilən prosesdə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayəti təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəfail Cavadov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
İttihama görə, hadisə 9 fevral 2024-cü ildə baş verib. Həmin gün saat 21 radələrində tanışı Rəfaili söhbət etmək üçün binanın dəhlizinə çağırıb. Ona qızı Rənanın əxlaqsız həyat tərzi keçirdiyini söyləyib.
Rəfail “namusunu təmizləmək” üçün qisas niyyəti ilə qızını öldürmək qərarına gəlib. Mənzilə daxil olaraq mətbəx otağından bıçağı götürüb, dəhlizdə dayanmış Rənaya yaxınlaşıb. Ona anasının gözü qarşısında çoxsaylı bıçaq zərbələri vurub. Vaxtında tibbi yardım göstərilməsi nəticəsində Rənanın həyatını xilas etmək mümkün olub.
Rəfailin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli
Demokrat.az
10Mənbələr
-
qafqazinfo.az“Hadisədən bir az əvvəl kafedə oturmuşduq, əgər öldürmək istəsəydim...” ( 15161385)
-
pravda.azMəhkəmə qızını öldürmək istəyən ata ilə bağlı qərarı açıqladı ( 15157115)
-
pravda.azMəhkəmə Tağı Əhmədovdan 2 milyon alan şəxslərlə bağlı qərarı açıqladı ( 15155707)
-
pravda.azKafedə tanışını öldürmək istəyən şəxs hökmdən narazıdır ( 15155595)
-
oxu.azAta "namusunu təmizləmək" üçün qızını öldürmək İSTƏDİ - TƏFƏRRÜAT ( 15102411)
-
oxu.azAta "namusunu təmizləmək" üçün qızını öldürmək İSTƏDİ - TƏFƏRRÜAT ( 15102151)
-
referans.azAta “namusunu təmizləmək” üçün qızını öldürmək istədi — TƏFƏRRÜAT ( 15092133)
-
demokrat.azAta “namusunu təmizləmək” üçün qızını öldürmək istədi — TƏFƏRRÜAT ( 15090331)
-
hakimiyyet.azBakıda dostunu öldürmək istəyənə HÖKM OXUNDU ( 15016725)
-
pravda.az"Ətağa sənin atandan yaxşı kişidir" dediyi iş yoldaşını qətlə yetirən yenidən məhkəmə qarşısında ( 15001437)