“Yuventus” “Barselona”nın keçmiş baş məşqçisi Xavi Hernandez ilə danışıqlar aparır. Metbuat.az xəbər verir ki, klub Tiaqo Mottanın işindən razı deyil. Xəbərdə deyilir ki, “Yuventus” İtaliya A seriyasında 8 qələbə, 13 heç-heçə və 1 məğlubiyyətdən sonra 37 xalla 5-ci sırada qərarlaşıb. 22-ci turda “Napoli”yə məğlubiyyətdən sonra “Yuventus” rəhbərliyi məşqçi axtarışlarına başlayıb. Məlumata görə, klub mövsümün sonunda məşqçini göndərə bilər. “Yuventus”un Xavi Hernandezlə müqavilənin şərtləri barədə danışıqlar apardığı irəli sürülüb.Qeyd edək ki, Xavi Hernandez “Barselona”dan ayrılandan sonra işsizdir. Xavinin adı “Milan”la da hallanmışdı.