ABŞ-ın İndiana ştatında silahlı hücum olub.
Publika.az xəbər verir ki, ABŞ-ın İndiana ştatının Elxart bölgəsində marketə silahlı hücum olub. Hücum edənin özü də daxil olmaqla 3 nəfər həyatını itirib, 2 polis əməkdaşı yaralanıb.
Elxart polis rəisi Dan Milanese bildirib ki, belə bir faciəli hadisə baş verəndə cəmiyyətdə yaşanan ağrıları sözlə ifadə etmək mümkün deyil:
“Bu ağrı xüsusilə qurbanların ailələri, hadisəyə müdaxilə edən məmurlar, polis əməkdaşları tərəfindən hiss olunur. Hadisə zamanı ölənlərə rəhmət, yaralılara şəfa diləyirəm. Cinayətlə bağlı araşdırmalar davam edir”.