AZ

Gürcüstanda MSK sədri və üzvlərinə xidməti silah gəzdirmək hüququ veriləcək

Gürcüstanda MSK sədri və üzvlərinə xidməti silah gəzdirmək hüququ veriləcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, qanunvericilik təşəbbüsünü parlamentə hakim “Gürcü Arzusu”nun deputatları təqdim edib.


Layihəyə əsasən MSK üzvləri “Silah haqqında” qanuna düzəlişlə öz səlahiyyətlərini həyata keçirmək üçün xidməti silah gəzdirmək hüququna malik olan şəxslərin siyahısına əlavə ediləcək.


Əlavə olaraq son 4 ili ərzində vəzifəsini fasiləsiz icra etmiş MSK üzvləri səlahiyyət müddəti başa çatdıqdan sonra da özünümüdafiə və idman xarakterli odlu silah gəzdirə biləcək.

Seçilən
14
39
apa.az

10Mənbələr