AZ

Səsvermə başa çatdı

Yanvarın 29-da saat 19:00-da Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hazırda seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.

Seçkilər 118 seçki dairəsi üzrə 5846 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Qeyd edək ki, 685 bələdiyyə yeri üçün seçkilərində 8071 namizəd mübarizə aparıb.

Ümumilikdə bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.

Seçilən
16
8
operativmm.az

10Mənbələr