AZ

Bakıda saxlanılan keçmiş hakimlə bağlı YENİ XƏBƏR

Azərbaycanda saxlanılan Krasnodar vilayət məhkəməsinin keçmiş sədri Yelena Xaxaleva məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq.

Gundem.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Azərbaycanda saxlanılan Krasnodar vilayət məhkəməsinin keçmiş hakimi Yelena Xaxaleva məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq. Xaxaleva Bakıdan Dubaya getməyi planlaşdırarkən hava limanında saxlanılıb. Qadın pasport nəzarətindən keçən zaman onun axtarışda olduğu məlum olub. Azərbaycan məhkəməsi müvafiq qərar verdikdən sonra o, Rusiyaya təhvil veriləcək”, - məlumatda bildirib.

Xatırladaq ki, Rusiyada bir neçə cinayət ittihamı ilə təqsirləndirilən Yelena Xaxaleva yanvarın 27-də Bakı hava limanında saxlanılıb. Y.Xaxaleva dələduzluq və saxtakarlıqda ittiham olunur.

2022-ci ilin yayında məhkəmə Xaxalevanı qiyabi həbs edib və o, beynəlxalq axtarışa verilib.

O, 2017-ci ildə qızına təşkil etdiyi dəbdəbəli toy mərasimi ilə müzakirələrə səbəb olmuşdu.

Xaxaleva saxta diplom düzəltməkdə, həmçinin təhsildən yayınmaqda və fırıldaq yolu ilə pul mənimsəməkdə ittiham olunub.

Seçilən
14
gundem.az

1Mənbələr