AZ

Kaya Kallas Suriyaya tətbiq olunan sanksiyalarla bağlı paylaşım edib

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin Suriyaya qarşı sanksiyaların yumşaldılması üçün yol xəritəsi üzərində razılaşdıqlarını açıqlayıb.

Kaya Kallas Suriyanın devrilmiş lideri Bəşər Əsəd rejimini hədəf alan sanksiyaların ləğvi ilə bağlı rəsmi internet səhifəsində paylaşım edib. O, "Aİ xarici işlər nazirləri Aİ-nin Suriyaya qarşı sanksiyalarını yumşaltmaq üçün yol xəritəsi üzərində razılaşıblar" deyərək "Tez hərəkət etməyi hədəfləyirik. Lakin səhv addımlar atılarsa, sanksiyaların ləğvini dayandıra bilərik" deyə bildirib.

Kaya Kallas qərarın hansı sektorları hədəf alan sanksiyalarla bağlı olduğunu açıqlamayıb.



Seçilən
4
43
trt.net.tr

10Mənbələr