Sosial şəbəkələrdə müştərilər bankların Rusiya rublunun alışını dayandırdığını qeyd edirlər. Bununla bağlı bir neçə bankla əlaqə saxladıq. Həqiqətən də alışın olmadığını qeyd etdilər və bildirildi ki, Rusiya rublunun alışı müvəqqəti dayandırılıb.
Bunun səbəblərini nə ilə izah etmək olar? Banklar niyə Rusiya rublunun alışını dayandırıb?
Valyuta.az-a danışan bank eksperti Əkrəm Həsənov deyir ki, bu barədə dəqiq məlumat olmasa da, bəzi ehtimallar var:
“Rublun qeyri-sabit valyuta olması və gözləntilərin də qeyri-müəyyən olması səbəbindən banklar rusiya rublunun alışını dayandıra bilər. Banklar qorxur ki, rublun qiyməti ucuzlaşar, ona görə almamağa çalışırlar. Bu da, hər bir bankın öz səlahiyyətindədir. Heç bir bankı hansısa ölkənin valyutasını almağa məcbur etmək olmaz. Yəqin ki, buna görə də, banklar yaxın vaxtlarda nələrinsə baş verə biləcəyi - qiymətlərin dəyişmə ehtimalını nəzərə alırlar”.