AZ

"Paris 2025-ci ilin birinci rübünün sonuna qədər Ukraynaya “Mirage” qırıcıları tədarük edəcək" - Fransa XİN rəhbəri

“Fransa bu ilin birinci rübünün sonuna qədər Ukraynaya “Mirage 2000-5” qırıcıları tədarük etmək niyyətindədir”.

Missiya.Az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot məlumat verib.

“Fransanın “Mirage” təyyarələri yaxın gələcəkdə Ukrayna səmasında olacaq”, – deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, 2024-cü il iyunun əvvəlində Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Paris ukraynalı pilotlar üçün təlim proqramına başlayacaq və “Mirage 2000-5” qırıcılarının Kiyevə təhvil verilməsini koordinasiya etməyi planlaşdırır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
3
missiya.az

4Mənbələr