Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verib.
Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, Vuçeviç ölkədə tələbələr arasında meydana gəlmiş etiraz dalğası və daxili siyasi vəziyyətin gərginləşməsi fonunda belə bir addım atmağa qərar verib.
Məlumata görə, ölkə prezidenti Aleksandr Vuçiç yaranmış vəziyyətlə əlaqədar növbədən kənar mətbuat konfransı keçirəcəyini açıqlayıb.
Qeyd edək ki, noyabrın 1-də Novi-Sadda baş vermiş faciədən sonra Belqradda mütəmadi olaraq tələbələrin etiraz aksiyaları keçirilir.
Xatırladaq ki, dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində 14 nəfər həyatını itirib və üç nəfər ağır yaralanmışdı. Tələbələr hadisəyə cavabdeh olan şəxslərin cəzalanmasını tələb edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta