Lənkəranda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 21 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-nın cənub bürosuna TƏBİB-dən bildirilib.
Məlumata görə, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-də saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.
***
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
APA-nın cənub bürosu xəbər verir ki, qəza Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində qeydə alınıb. Telegram Widget
Sərnişin avtobusu "VAZ-2107" markalı avtomobilin üstünə aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.