Bakı. Trend:
“İndra Turkey Teknolojileri Çözümleri Ticaret Anonim Şirketi”ninAzərbaycan Respublikasındakı filialı ləğv edilir.
Trend-in əldəetdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96E, mənzil 2-cimərtəbə Dentons Europe ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözügedən şirkət 2015-ci ildə Azərbaycanda dövlətqeydiyyatına alınıb. Onun qanuni təmsilçisi isə Brovtsin QoriaşkoSergey adlı şəxsdir.