AZ

Çin startpları Trampı hərəkətə keçməyə sövq edir

AzVision.azxəbər verir ki, “Bloomberg” agentliyinin yazdığına görə, Tramp Mayamidəki Doral kurortunda Respublikaçılar partiyasının Konqresin Nümayəndələr Palatasındakı təmsilçiləri qarşısında çıxışı zamanı beləı deyib.

“Yaxın gələcəkdə biz bu vacib malların istehsalını ABŞ-yə qaytarmaq üçün xaricdə istehsal olunan kompüter çipləri, yarımkeçiricilər və əczaçılıq məhsullarına tariflər tətbiq edəcəyik. Eyni zamanda, polad, alüminium və misə də rüsumlar tətbiq olunacaq”, -Donald Tramp bildirib.

“Bloomberg” vurğulayır ki, Çinin “DeepSeek”startapının yeni süni intellekt (Sİ) modelinin işə salınması fonunda çip istehsalçısı olan “Nvidia” şirkətinin bazar kapitallaşması 600 milyard dollardan çox azaldıqdan bir neçə saat sonra Tramp yarımkeçiricilərə tariflər tətbiq etməklə hədələyib.

ABŞ prezidenti respublikaçılara “DeepSeek” haqqında eşitdiyini və Çin şirkətinin irəliləyişini “yaxşı”hesab etdiyini deyib, çünki buna amerikalılar qədər pul xərcləmək lazım gəlməyib. Belə ki, “DeepSeek”-in yaradılması altı milyon dollara başa gəldiyi halda, Amerika şirkətləri süni intellekt modellərinə milyardlarla dollar sərmayə qoyublar.

Trampın fikrincə, “DeepSeek” süni intellektininyaradılması “qələbə naminə” Amerika şirkətlərinə rəqabətə diqqət yetirmək zərurətini sərgiləyən “oyanış zəngi” olmalıdır.

- Çünki bizdə dünyanın ən böyük alimləri var, hətta Çin rəhbərliyi də mənə bunu deyib. Dedilər ki, sizdə dünyanın ən parlaq alimləri var. Tariflər isə ABŞ-də qabaqcıl çiplərin istehsalını qoruyub-saxlamağa və genişləndirməyə kömək edəcək. Tariflərdən yayınmaq istəyən şirkətlər istehsalı ABŞ-yə köçürməlidir”, - Tramp xəbərdarlıq edib.

Süni İntellektdə fen-şuy
Qeyd edək ki, Çinin “DeepSeek” startapı süni intellektə malik, xeyli ucuz qiymətə başa gələn və Amerikanın aparıcı proqramları ilə rəqabət apara bilən, müəyyən mənada hətta onları üstələyən yeni bot təqdim edib.

“DeepSeek”-in süni intellekt köməkçisi rəqibi “ChatGPT”-ni keçərək ABŞ-də “Apple” şirkətinin “App Store” platformasında ən çox yüklənən bir nömrəli pulsuz proqram olub. Bu, bəzi ABŞ texnoloji şirkətlərinin süni intellektə milyardlarla dollar sərmayə yatırmaq qərarlarını şübhə altına alıb və “Nvidia” da daxil olmaqla bəzi əsas texnoloji oyunçuların səhmlərini ucuzlaşdırıb.


Çin startapının məlumatına əsasən, həm Silikon Vadisinin rəhbərləri, həm də Amerika texnologiya şirkətlərinin mühəndisləri tərəfindən yüksək qiymət alan “DeepSeek-V3” və “DeepSeek-R1” botları “OpenAI”-nin və “Meta”-nın ən qabaqcıl modellərindən geri qalmır. Bu modellərdən istifadə həm də daha sərfəlidir.

“DeepSeek”-in “WeChat” sosial şəbəkəsindəki rəsmi hesabında yerləşdirilən məlumata görə, keçən həftə təqdim edilən “DeepSeek-R1” modeli tapşırıqdan asılı olaraq “OpenAI”-nin “o1” modelindən 20-50 dəfə az xərc tələb edir.


Çin korporativ sənədlərinə əsasən, “DeepSeek”Hançjouda yerləşən startapdır. Onun səhmlərinin nəzarət paketi “High-Flyer” hedcinq fondunun həmtəsisçilərindən biri olan Lyan Venfenə məxsusdur. “DeepSeek”-in uğuru artıq Çinin ən yüksək siyasi dairələrində də qeydə alınıb.

“Sinxua” dövlət xəbər agentliyi bildirir ki, “DeepSeek-R1”-in ictimaiyyətə təqdim olunduğugün (20 yanvar) şirkətin təsisçisi Lyan Venfen Çinin Baş naziri Li Tsyanın sədrliyi ilə keçirilən sahibkarlar və ekspertlər üçün qapalı simpoziumda iştirak edib. Lyan Vanfenin tədbirdə iştirakı“DeepSeek”-in uğurlarının Çinin Vaşinqtonun ixrac məhdudiyyətlərini aradan qaldırmaq və strateji sənayelərdə, o cümlədən süni intellekt sahəsindəmüstəqilliyə nail olmaq səylərində mühüm rol oynadığının göstəricisi kimi qiymətləndirilə bilər.

Sahil İsgəndərov
AzVision.az



Seçilən
14
5
azvision.az

8Mənbələr