Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bildirib ki, bu çıxış, əsasən, Rusiya və regionda olan dövlətlərlə münasibətlərin necə qurulması, balanslı siyasətin necə həyata keçirilməsi kimi qəbul edilir:
“Ermənistan da, Avropa da dərk edir ki, sülh müqaviləsi imzalanmasa, regionda sülh bərqərar edilməsə, hər hansı layihələrin həyata keçirilməsindən söhbət gedə bilməz. Ən ciddi faktorlar olan Azərbaycan və Türkiyə ilə münasibətlər tənzimlənməsə hər hansı balanslı siyasətdən söhbət gedə bilməz. Biz Zəngəzur dəhlizinin açılması ilə bağlı təklifləri ortaya qoyanda bunlar bütün kommunkasiyaların açılma məsələsini gündəmə gətirirlər”.
Millət vəkili qeyd edib ki, bu siyasətdə kimlərəsə yarınmaq üçün atılan addımlardır:
“Zəngəzur dəhlizi başda olmaqla kommunikasiyaların açılması gələcəkdə hansısa müsbət tendensiyanı yarada bilər. Məhz Paşinyanın da Davos İqtisadi Formunda açıqlaması bir daha həm Avropaya, həm də regionda tənəzzülə uğramış iqtisasiyyatını necə qaldırmaq üçün ata biləcək addımdır. Bu, həm onun daxili auditoriyasını, həm də havadarlarını sakitləşdirmək üçün olan təkliflərdir”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
bakupost.az“Gec-tez bu dəhliz fəaliyyət göstərəcək” - Millət vəkili ( 15141309)
-
news365.az“Ermənistan bu tarixi fürsətdən düzgün istifadə edə bilmir”- Samir Vəliyev ( 15137563)
-
turanpress.comErmənistana dəstək verən qüvvələr və düyünə düşən Zəngəzur dəhlizi - İrəvan üzərinə götürdüyü öhdəliyi niyə yerinə yetirmir? ( 15110969)
-
konkret.azErmənistana dəstək verən qüvvələr və düyünə düşən Zəngəzur dəhlizi – İrəvan üzərinə götürdüyü öhdəliyi niyə yerinə yetirmir? ( 15110097)
-
sitat.info"Nə Azərbaycan, nə də Türkiyə Ermənistanın bu layihəsini qəbul etməyəcək" - Politoloq ( 15096679)
-
moderator.azDəhliz üçün köhnə qayda: Moskva-Zəngəzur-Tehran xətti bərpa edilir ( 15093617)
-
demokrat.azPaşinyanın bu çıxışı kimlərəsə yarınmaq üçün atılan addımdır — Arzu Nağıyev ( 15092819)
-
teleqraf.comDəhliz üçün köhnə qayda: Moskva-Zəngəzur-Tehran xətti bərpa edilir ( 15092817)
-
yeniazerbaycan.comErmənistanın müharibə cinayətlərinin ifşası! ( 15081095)
-
baki-xeber.comErmənistanın xəndək hazırlığı - qanlı təxribat planı işə düşür... ( 15062599)