Türkiyənin Dənizli vilayətində evdə yanğın baş verib.
Medianews.az xəbər verir ki, evdə baş verən yanğın zamanı ana övladını pəncərədən ataraq xilas edib.
Hadisə zamanı ana faciəvi şəkildə həyatını itirib Ətrafdakı vətəndaşların xəbəri üzərinə ünvana xilasetmə, polis və təcili yardım çağırılıb. Kürəyi və ayaqlarından yanıq xəsarətləri alan 1 yaşlı A.J.-yə təcili yardım tərəfindən müdaxilə edilib. Yanğınsöndürənlər mənzili mühasirəyə alan alovu nəzarət altına almaq üçün səy göstəriblər. Bədənində yanıq xəsarətləri alan 1 yaşlı körpə təcili yardım tərəfindən xəstəxanaya aparılıb.
Yanğınsöndürənlər qısa müddətdə alovu nəzarət altına alıb. Evdə çarəsiz vəziyyətdə qalan ana Esra Alalonu xilas etmək mümükün olmayıb. Yanğınsöndürənlər tərəfindən aparılan axtarışlar zamanı ana Esraa Alalo yataq otağının pəncərəsi qarşısında ölü tapılıb. İlkin məlumata görə, qadının tüstüdən huşunu itirdiyi və bu səbəbdən özünü xilas edə bilmədiyi ehtimal edilir.
Medianews.az