AZ

Rusiya-Suriya münasibətləri: Əsədin qaçışından sonra ilk dəfə...

Hurriyyet.az xəbər verir ki,Suriyanın eks-prezidenti Bəşər Əsədin postunu tərk edərək Moskvaya sığınmasından sonra ilk dəfə  Rusiyanın yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti Dəməşqə səfər edib.

Nümayəndə heyətinə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov rəhbərlik edir.

Analitiklərin fikrincə, Tartus məsələsi ilə bağlı vəziyyət artıq ümumilikdə bəlli olduğundan səfərdə əsas məqsəd Hmeymim aviabazasının taleyinin müəyyənləşdirilməsidir. 

Bundan başqa, Rusiya tərəfinin Suriya iqtisadiyyatına sərmayələrinin taleyini aydınlaşdırmağa çalışacağı da güman edilir. 

Ekspertlərin fikrincə, yeni hakimiyyət devrilmiş rejimin varisi olmadığını bəyan edə və bütün sualları eks-prezident Bəşər Əsədə ünvanlamağı təklif edə bilər.

Hürr Tərcüman

 

Seçilən
26
5
hurriyyet.az

7Mənbələr