Ankarada Türk Bələdiyyələr Birliyinin təşkil etdiyi mərasimə qatılan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun Ankara Böyükşəhər Bələdiyyə sədri, müxalifətin prezidentliyə ən şanslı namizədi Mənsur Yavaşla bağlı suala cavabı böyük maraq doğurub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezidentliyə namizədlik məsələsinə görə CHP-nin bu iki bələdiyyə sədri arasında gərginliyin pik həddə olduğu deyilir.
Məlumata görə, məhz bu səbəbdən mərasimdə jurnalistlərdən biri Əkrəm İmamoğluna "Bura gəlibsiuz. Mənsur Yavaşla görüşmüsünüz?", - sualı verib. İmamoğlu isə sualı gərginliyi təsdiqləyəcək tərzdə cavablandırıb: "Yaxşı ki, xatırladın. İndi yolda ona zəng edib, hal -əhvalını soruşacaram".
Firudin Səfərli
MİA.AZ