Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardımı daşıyan 14-cü gəmisi yola düşüb.
Bu barədə Türkiyənin daxili işlər naziri Әli Yerlikaya rəsmi internet səhifəsində paylaşım edib.
Әli Yerlikaya 14-cü humanitar yardım gəmisinin Qəzzaya 10 460 çadır, 14 350 ədyal və 300 generator daxil olmaqla cəmi 871 ton humanitar yardım ləvazimatını çatdıracağını açıqlayıb.
Әli Yerlikaya deyib: "Keçmişdə olduğu kimi bu gün də məzlumların yanında olmağa, uca millətimizin ehtiyacı olanlara yardım əlini uzatmağa davam edirik. Fələstinli qardaşlarımızın yanındayıq".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta