AZ

Nazirlə sədrin bənzərliyi diqqət çəkdi - Foto

Açıqlaması və istefası ilə ayrı-ayrılıqda medianın gündəminə düşən rəhbər şəxslər oxşarlığı ilə diqqət çəkib.

Ölkə.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsində maaşların bir neçə aydır verilməməsi ilə bağlı açıqlaması ilə gündəmə gələn komitə sədri Şahin Bağırov bu günlərdə vəzifəsindən istefa verən Serbiyanın Baş naziri Miloş Vuçeviçə bənzədilib.

Sosial şəbəkə istifadəçiləri arasında məmurların çox bənzədiyini düşünənlərlə yanaşı, bununla razılaşmayanlar da olub.

Qeyd edək ki, zaman-zaman dünya mətbuatında tanınmış şəxslərin bənzərliyi ilə bağlı məlumatlar yer alır. Bir neçə ay əvvəl  Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov "Kurtlar vadisi” serialındakı Laz Ziya obrazını canlandıran aktyor İstemi Betilə bənzədilmişdi.

Ölkə.Az

 

Seçilən
1
3
olke.az

6Mənbələr