"Sabah" heyətinə yeni futbolçu cəlb edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Özbəkistanlı futbolçu Umarali Raxmonaliyev Rusiyanın "Rubin" klubundan "Sabah"a keçib. 21 yaşlı yarımmüdafiəçinin müqaviləsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, Umarali Raxmonaliyev 2023-cü ildən "Rubin"də çıxış edib. Gənc futbolçu bu mövsüm "Rubin"də 7 oyuna çıxıb və 1 qol ötürməsi edib.