AZ

Zərbəmizi görəcəklər – Miskin rəhbərlər Azərbaycanı hədələdilər 

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan, Serj Sarqsyan və müdafiə naziri Seyran Ohanyan erməni ordusunun yaranmasının 33-cü ildönümü ilə bağlı açıqlama yayıblar.

Ölkə.Az xəbər verir ki, paylaşım edən sabiqlər erməni ordusunun ağır məğlubiyyətə uğramasını etiraf edərək bununla barışa bilmədiklərini dilə gətiriblər.

Robert Köçəryan erməni ordusunun yenidən güclənib əvvəlki gücünü bərpa edəcəyinə elə də ümid etmədiyini açıq şəkildə bəyan edib: "Ümid edirəm ki, Ermənistan ordusu özünə gəlmək üçün iradə və güc tapacaq və biz xalqımız üçün əsl və layiqli sülhü təmin edəcək ordu görəcəyik".

Sabiq prezident Serj Sarqsyanın da müraciətində erməni ordusunun keçmiş "uğur"larından, "qələbə"lərindən dəm vuraraq, Azərbaycan ordusunun erməni ordusunu müharibədə ağır məğlubiyyətə uğradaraq darmadağın etdiyini də etiraf etmək zorunda qalıb.

O eyni zamanda Paşinyan hakimiyyətinin ordunun yenidən formalaşdırılması adı altında məhv edilməsi istiqamətindəki siyasətini də tənqid edib.

Bununla belə, Sarqsyan da erməni ordusunun keçmiş "şöhrətini, onun döyüş qabiliyyətini və ruhunu" bərpa etməyin tamamilə mümkün olduğunu dilə gətirib.

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan da öz sayıqlamaları ilə erməni ordusunun "qəhrəmanlığından" dəm vurub.
"Bu gün ordunun əsl qəhrəmanlıq, şərəfli yolunu nə qədər təhrif etməyə, aşağılamağa çalışsalar da, gələcəkdə nə qədər çətin olsa da, mən əminəm ki, ordu xalqla birlikdə ayağa qalxacaq.  Vətənimizin müdafiəsi üçün ona tapşırılan döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Zərbəmizin gücünü düşmənin yenə görəcəyinə şübhə olmasın”, - Ohanyan qeyd edib.

Amma erməni tərəfi onu da unudur ki, Azərbaycan ordusu Ermənistanın revanşist addımının qarşısını almağa, erməni ordusunun "Dəmir yumruq"la növbəti dəfə başını əzməyə hazır vəziyyətdədir və belə bir məqamı gözləyir.

Mürtəza
Ölkə.Az

Seçilən
8
2
olke.az

3Mənbələr