“ABŞ və Rusiya Ukraynanı nüvə silahlarından əl çəkməyə məcbur edib. Lakin Kiyevin bunu “tamamilə axmaq, məntiqsiz və çox məsuliyyətsizlik” adlandırıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “II Foglio” qəzetinə müsahibəsində belə deyib:
“Əgər mən nüvə silahını dəyişdirsəm, böyüklüyündən, ərazisindən, ordusundan və s. asılı olmayaraq, hər hansı bir hücumçunu dayandıra biləcək çox güclü bir şeylə dəyişdirərdim”.
Onun fikrincə, Kiyev nüvə silahını real təhlükəsizlik təminatları ilə mübadilə etməli idi. 1994-cü ildə Kiyev Budapeşt Memorandumunu imzaladı, Ukrayna ABŞ, Rusiya və Böyük Britaniyanın təhlükəsizlik zəmanətləri, həmçinin, ölkənin müstəqilliyinə, suverenliyinə və mövcud sərhədlərinə hörmət müqabilində nüvə arsenalından imtina etdi. Zelenski qeyd edib ki, bu məsələ ilə bağlı fikirlərini ABŞ Prezidenti Donald Trampa bildirib.
“Mən ona dedim ki, biz nüvə silahını müharibəyə dəyişmişik”, - deyə Ukrayna Prezidenti bildirib.
O, vurğulayıb ki, Rusiya Krımı, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edəndə Kiyev təhlükəsizliyin təminatçılarına müraciət edib. Lakin onlar öz öhdəliklərinə məhəl qoymayıblar.
Bu baxımdan, Zelenski Ukraynaya verilən zəmanətləri “boş vədlər” adlandırıb və bütün bunları icad edənləri tapıb həbsə atmağa çağırıb.