AZ

Azərbaycanın Yunanıstandakı səfirliyində əlbəyaxa DAVA

Azərbaycanın hansı ölkədəki səfirinin katibini döydüyü məlum olub.

Vətəninfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə Azərbaycanın Yunanıstandakı səfirliyində baş verib.

Belə ki, səfir Arif Məmmədov və yaxın dostu, ikinci katib Qafqaz Aslansoy birlikdə birinci katibi döyüblər.

Qeyd edək ki, səfir Arif Məmmədov bu təyinata qədər Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Daha sonra isə Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri olub.

***

Azərbaycanın Avropa ölkələrindən birində fəaliyyət göstərən səfirliyində biabırçı hadisə baş verib. Etik baxımdan ölkənin adını yazmırıq. Azərbaycana dost ölkə sayılmır.

Vətəninfo.az globalinfo.az-a istinadla bildirir ki, səfirliyin Rəhman adlı birinci katibi səfirliyin Qafqaz adlı müşaviri və səfir tərəfindən fiziki zorakılığa məruz qalıb. Yəni döyülüb.

Məsələ bununla da yekunlaşmır. Döyülən şəxs geri qaytarılıb. Hələ üstəlik onu işdən qovublar. Təsəvvür etmək belə çətindir. Diplomatik nümayəndəliyin birinci katibi vəzifəsini tutan şəxsi səfir və başqa əməkdaş döyür, bu azmış kimi, işdən çıxarılır. Belə çıxır, sözügedən səfirliyin öz ədalət prinsipləri və daxili “qanunları” var. Halbuki bu situasiyada döyən şəxs cəzalandırılmalıdır. Əksi baş verib.

Həmin səfir haqda sensasion məlumatlar əldə etmişik. O, vaxtilə Azərbaycanda nəqliyyat sahəsində dövlət qurumunda çalışıb. Rüşvət qalmaqalına görə işdən qovulub. Bir müddət sonra Xarici İşlər Nazirliyinin təqdimatı ilə səfir vəzifəsinə təyin edilib.

Seçilən
4
2
veteninfo.az

6Mənbələr