AZ

Mərkəzi Bank “Paşa Sığorta”ya məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı “PAŞA Sığorta” ASC-yə icrası məcburi göstəriş verib.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində məlum olub ki, “PAŞA Sığorta” sığorta qaydalarında müəyyən edilmiş şərtlərlə sığorta müqavilələrinin bağlanılmasına dair tələbləri pozub.

Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102.2.9-cu maddəsinə əsasən şirkətə icrası məcburi göstəriş verilib.


Müəllif: Bəkir Nərimanoğlu
Seçilən
19
11
teleqraf.com

10Mənbələr