AZ

ARAŞDIRMA: İdman xərçəng xəstələrinin ömrünü uzadır

Avstraliyalı alimlər müəyyən ediblər ki, əzələ kütləsinin və kardiorespirator dözümlülüyün qorunmasına yönəlmiş müntəzəm fitnes fəaliyyətləri xərçəng diaqnozu qoyulmuş insanlar arasında ölüm nisbətini azaltmağa kömək edir.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri BMJ Journals-da dərc olunub. Alimlər müxtəlif mərhələlərdə müxtəlif xərçəng növləri olan 47 min xəstənin fiziki hazırlığı haqqında məlumatları təhlil ediblər. Alimlər fitnesin əsas göstəriciləri kimi əl tutma gücünü və kardiorespirator dözümlülük səviyyəsini seçiblər. Alimlərin fikrincə, korrelyasiya təsirli olub: Fiziki hazırlığı yüksək olan xəstələrdə bütün səbəblərdən ölüm riski aşağı fiziki hazırlığa malik olanlarla müqayisədə 31-46% azalıb. Bu təsir hətta 3 və ya 4-cü mərhələ xərçəngi olan xəstələrdə də davam edib.

Kardiorrespirator dözümlülüyü ürək-damar və tənəffüs sistemlərinin koordinasiyalı işi nəticəsində orqanizmin uzunmüddətli stressə tab gətirmək qabiliyyətidir. Alimlərin fikrincə, xərçəng xəstələrində bu qabiliyyətin qorunması və təkmilləşdirilməsi müalicənin mühüm hissəsi ola bilər, sağ qalma şansını artırır və xəstələrə əlavə vaxt verir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
2
2
editor.az

2Mənbələr