“Əminliklə deyə bilərəm ki, 44 günlük müharibədə ordumuzun 2/3 hissəsi iştirak etməyib”.
Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bunu “Yerablur” panteonunda jurnalistlərlə söhbətində Ermənistan Respublika Partiyası şurasının üzvü, müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.
“Bilirsinizmi, bu nə deməkdir? Müharibənin bütün yükü əsasən Artsax Müdafiə Ordusunun üzərinə düşürdü. Silahların növlərinə gəlincə bəli, bir çox silah növləri nəinki istifadə olunmayıb, hətta ehtiyatsızlıq və məsuliyyətsiz rəftar nəticəsində daimi dislokasiya yerlərində müharibənin ilk günü məhv edilib. Məğlub olmaq üçün mümkün olan hər şey edildi. Ermənistanın bir az daha vicdanlı və məsuliyyətli lideri olsaydı, bəlkə də 44 günlük müharibədə məğlub olmazdıq.
Mən hətta təəccüblənirəm ki, Baş Qərargah rəisi “qarşıya qoyulan vəzifəni həll edirik” deyir, lakin eyni zamanda, bütün ümidini sərhədin demarkasiyası komissiyasına bağlayıb. İşğal olunmuş bir ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə belə bəyanatlar vermək, ən azı yaraşmır”, - Zakaryan bildirib.
Bəxtiyar CƏFƏRLİ