AZ

“Yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər”

“2008-ci ildən bu günə qədər metronun yeddi yeni stansiyası tikilib və qəbul ediləcək Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur”. “

Tribunainfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir: “Ölkəyə yüzlərlə yeni sərnişin avtobusu gətirilib və bu ildən başlayaraq ilin sonunda elektrobusların yığımı, ondan sonra lokalizasiyanın artımı işləri də başlanacaq. Şəhərimizə artıq 161 yeni elektrik avtobusu gətirilib və yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər. Çünki havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə böyük nəqliyyat vasitələridir. Ona görə biz, əlbəttə ki, bu işdə də insanların narahatlığını nəzərə alırıq”.

Seçilən
1
3
tribunainfo.az

5Mənbələr