AZ

Döyüldüyü deyilən diplomat il yarımdır səfirlikdə işləyirmiş — Yeni FAKTLAR

Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Rahman Şahhüseynlinin səfir Arif Məmmdov tərəfindən döyülməsi barədə mətbuat və sosial şəbəkələrdə məlumat paylaşılıb.

Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib, onun döyülməsi ilə bağlı iddianın doğru olmadığını açıqlayıb.

"Onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparılıb.
 
Bir neçə ay ərzində, Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynliyinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir.
 
Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib", - açıqlamada deyilir.

Modern.az qalmaqalda adı hallanan Rəhman Şahhüseynli barədə bir sıra məlumatlar əldə edib.

Məlumata görə, Rəhman Şahhüseynli Türkiyənin Orta Doğu Texnik Universitetində magistratura, Yaponiyanın Osaka Universitetində Beynəlxalq İctimai Siyasət üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

O, Azərbaycan-Yaponiya Dostluq Dərnəyinin təsisçisidir və bir neçə il sözügedən ölkədə bələdiyyə sistemində və universitetdə çalışıb. Bakıya qayıtdıqdan sonra ADA Universitetində işləyib.

Rəhman Şahhüseynli 2019-cu ildən 2023-cü ilə qədər Xarici İşlər Nazirliyində çalışıb. O, 2023-cü ilin iyul ayında Azərbaycanın Yunanıstandakı səfirliyinə diplomat kimi göndərilib və burada birinci katib vəzifəsində çalışıb.

Seçilən
3
2
demokrat.az

5Mənbələr