AZ

Sərnişin avtobusu aşdı, 24 nəfər yaralandı - FOTOLAR + VİDEO

Lənkəranda ağır yol-nəqliyyat qəzası vaş verib. Belə ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran şəhərindən keçən hissəsində qeydə alınıb.

Sərnişin avtobusu minik avtomobilinin üzərinə aşıb.

Ağır qəzada xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, qəza nəticəsində bu gün saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Həmin şəxslər vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi cinsli, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi

Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. 13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

APA-nın məlumatına görə, qəzada xəsarət alan şəxslərin adları aşağıdakı kimidir:

Kərimova Akifə Aşur (1965)

Ramazanzadə Xəqani Fizuli (1991)

Manafova Jalə Xankişi (1989)

Cəfərova Günay Natiq (1982)

Əliyeva Gülnar Şəmşir (1985)

Qəmbərov Yusif İbrahim (1968)

Hüseynov Cəvahir Rövşən (2008)

Bayramova Ulduz Sədaqət (1989)

Xudaverdiyev Səttar Ramin (2003)

Axundzadə Könül Xaliq (2002)

Əlizadə Əlifağa Xudu (1995)\

Allahverdiyeva Rüqǝyya Ramil (2016)

Ağazadə Yusif Vüqar (2013)

Hüseynova Sevda Qurban (1992)

Zəkiyeva Ülkər Maksud (1994)

Məmmədova Aygün Şamil (1963)

Xudaveridiyeva Nuridə (1979)

Əkbərov Çingiz Əşrəf (1984)

Əkbərzadə Maksum Şahid (2002)

Əliyeva Nuranə Rafiq (1981)

Əhmədova Nazilə Cəfər (1955)

Babayeva Arzu Azad (1985)

Rüstəmov Hümmət Fizuli (1975)

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev bildirib ki, bu gün saat 13 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Hümmət Rüstəmova məxsus “Vaz” markalı avtomobil və Xaqani Ramazanzadənin idarə etdiyi “Isuzu” markalı avtobusun toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə yerində polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik və digər tədbirlər görülüb. Qəza ilə bağlı avtotexniki ekspertizalar təyin edilib, araşdırma aparılır.



Bizi Facebookda izləyin
Seçilən
2
7
azpolitika.info

8Mənbələr