AZ

Sevgi enerji ilə necə ötürülür? - AÇIQLAMA

Təbiətin yazılan və yazılmayan qanunları var. Bəzən bu qanunlar ümid, inam sevgi də verir. Qadın və kişi təbiətində sevginin qarşı tərəfə enerji ilə ötürülməsi zaman-zaman dilə gətirilir. 

Bəs, bu enerji ilə sevginin ötürülməsi nə qədər mümkündür? 

Mövzu ilə bağlı  News24.az-a açıqlama verən enerji mütəxəssisi Gülnar Məmmədovanın sözlərinə görə, sevgi elə enerji ilə ötürülür. 

O qeyd edib ki, insanın bədəni tarazlananda, balansa düşəndə enerji meridianları, sahələri  enerji ilə depolananda, artıq kimə qarşı nə hiss edirsə, hansı duyğunu hiss edirsə onu dərhal anlayır.

G.Məmmədova onu da bildirib ki, enerjinin ötürülməsinin konkret müddəti olmur. 

“Bədən tənzimlənəndə, hisslər enerji ilə dolanda, qəlb işə qarışanda bir anda ola bilər. Ona görə bunun müddəti, zamanı olmur. Eyni zamanda, qəlb çakramız şəfalandıqda sevgi ilə bağlı məsələlər öz yerini tutur”, - deyə o əlavə edib.


Ağa Dadaşzadə


Seçilən
5
news24.az

1Mənbələr