AZ

Koreyalı xanımla evlənən azərbaycanlı: "Ondan it əti yeyib-yemədiyini soruşurlar" - FOTO

Koreyalı Mincan Kimlə ailə həyatı quran həmyerlimiz, əslən Kəlbəcər rayonundan olan Ələddin Mehralızadənin hekayəsi insanların marağına səbəb olub.

Modern.az hekayənin qəhrəmanı Ələddin Mehralızadə ilə həmsöhbət olub.

O bildirib ki, xanımı ilə 5 ildən artıqdır tanışdırlar, evliliklərinin isə 2-ci ilidir. Ələddinin sözlərinə görə, ailəsi əvvəlcə bu izdivaca razı olmayıb%

“Fərqli bir ölkədən olduğu üçün qəbullanma və razılıq məsələləri ilk olaraq müsbət deyildi. Tanış olduqda ilk görüşdən razı idilər. Hal-hazırda çox mehribandırlar. İlk il onun üçün çətin idi. Bu çətinlikləri birlikdə zamanla aşdıq. Lakin bəzi problemlər hələ də mövcuddur. Bəzən yoldaşım irqi ayrı-seçkiliklə qarşılaşır, bunlara misal olaraq, ona Ni Hao, çinli, "çan çin çon" deyirlər. Əlavə olaraq ondan it əti, ilan, qurbağa yeyib-yemədiyi soruşulur və ya pis qoxu gəlmələri ilə bağlı fikir bildirənlərdə olur. Halbuki koreyalılarda tər qoxusu olmur. Koreya dünyanın ən təmiz və inkişaf etmiş ölkələrindən biridir. İt əti yemək rəsmi olaraq qadağandır.

Digər narahatlıq törəndən amillər də var, buna nümunə olaraq, məsələn həyat yoldaşım bəzi insanların qapalı məkanlarda, küçədə və ya taksidə siqaret çəkməsindən narahat olur".

Müsahibimiz qeyd edib ki, əslində Azəraycanla Koreya arasında bir çox oxşar adət-ənənələr var:

"Bu da çətinliklərin az olmasına səbəb olur. Əsas çətinliklərdən biri insanların başqalarının həyatına müdaxilə etmə istəyidir. İnsanların hər şeyin mükəmməl bildikləri və etdiklərini düşünərək soruşmadan hərəkət etmək kimi hallar çətinlik yaradır. Amma zamanla həyat yoldaşım bunlara alışıb və özü uyğunlaşmağa çalışır. Həyat yoldaşım insanların daha gülərüz olmasını, böyük-kiçik münasibətlərinin qorunmasını və irq fərqlərinə qarşı daha açıq fikirli olmasını arzulayır. Onun Azərbaycanda ən çox sevdiyi xüsusiyyətlər isə metro və avtobusda qadınlara, yaşlılara yer verilməsi, qonaqpərvərlik, böyük gələndə hörmət göstərilməsi və insanların ürəyiaçıqlığıdır".

Ə.Mehralızadə sonda bildirib ki, əslən Kəlbəcərdən olsalar da, Mincin xanımın oraya getməsi hələlik mümkün olmayıb:

“Çox istərdim görsün, onun özü də Kəlbəcəri çox görmək istəyir, amma iş rejimimiz səbəbindən hələ gedə bilməmişik. Həftənin 6 günü fasiləsiz işləyirik. Hazırda isə Bakıda yaşayırıq. Mən 4 il əvvəl bir dəfə getmişəm, amma həyat yoldaşımla birlikdə hələ gedə bilməmişik”.

 

1413142

14131431413145

1413146

 

 

1413106

Seçilən
3
50
modern.az

10Mənbələr