AZ

"Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" - AÇIQLAMA

"Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" - AÇIQLAMA"Rusiya tərəfi vaxtında Azərbaycandan vaxtında üzr istəməli idi" - bunu Sonxeber.az - a açıqlama verən politoloq Tural İsmayılov deyib.

"Onların hələ də bu məsələni anlamsızca uzatması iki ölkənin indiki münasibətlərinin ruhu kontekstinə uyğun gəlmir. Mixail Qaluzinin Rəhman Mustafayevlə görüşdə səsləndirdiyi fikirlər rasional bir mövqeni ifadə etmir. Azərbaycanda mətbuat azaddır və hansısa media qurumunun material hazırlanmasını şərh etmək, diplomatik səviyyədə şərh etmək indiki dövrün diplomatiya qaydaları baxımından uyğun bir addım deyil. Hər halda hesab edirəm ki, Rusiya birmənalı şəkildə Azərbaycanın onlara qarşı səmimi və dürüst mövqeyini qiymətləndirməlidir. Azal təyyarəsi ilə bağlı baş verən hadisəyə görə üzərinə düşən öhdəliyi yerinə yetirib üzr istəməli və kompensasiya ödəməlidir. Bu məsələnin Rusiya mediasında fərqli şərh edilməsi, hadisə üzərindən manipulyativ addımlar atılması heç bir halda Rusiyaya başucalığı gətirmir. Buna görə də Rusiyanın ən uğurlu və ən uyğun addımı öz üzərinə düşən öhdəliyi yerinə yetirmək olar".

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə dəvət edilib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib.

Çiçək Sadatova

Seçilən
17
sonxeber.az

1Mənbələr