AZ

Suriyada Əsəd tərəfdarlarına qarşı qisas kampaniyasında ilin əvvəlindən 91 nəfər öldürülüb

Suriyada ölkənin keçmiş prezidenti Bəşər Əsəd rejiminin tərəfdarlarına qarşı qisas kampaniyası çərçivəsində ilin əvvəlindən bəri 91 qətl hadisəsi qeydə alınıb.

Herbiand.az bildirir ki, bu barədə Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (İHMQ) məlumat yayıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, ümumilikdə Əsəd rejiminin devrilməsindən sonra beşi qadın olmaqla, 190 tərəfdar öldürülüb. Ən çox ölən Homs, Həma və Latakiya əyalətlərində olub.

Cinayətlər siyasi və dini səbəblərdən törədilir ki, bu da “təhlükəsizliyin fəlakətli pozulmasını” göstərir. İHMQ-dən bildirilib ki, bu qətllər “suriyalılar arasında fikir ayrılığını dərinləşdirir” və günahkarlara qarşı sərt tədbirlərin görülməsinin vacibliyinə işarə edir.

Öldürülənlərin əksəriyyəti Əsəd hökumətinin keçmiş məmurlarıdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
43
50
herbiand.az

10Mənbələr