AZ

Kəşfiyyat və əks-kəşfiyyat haqqında qanuna dəyişiklik təsdiqləndi

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri işə qəbuldan imtinanın səbəblərini açıqlamayacaq.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Əsas məqsəd həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq konfidensiallığın qorunub saxlanılmasıdır.

Daha bir dəyişikliklə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Dövlət başçısının müvafiq Fərmanı ilə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydası hazırlanacaq.


Telegram kanalımız
Seçilən
2
10
yenisabah.az

10Mənbələr