AZ

Azərbaycanda saxlanılan əcnəbilər yeməkdən imtina etdikdə görüləcək tədbirlər müəyyənləşib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının MiqrasiyaMəcəlləsində dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.

Trend xəbər verir ki,dəyişikliyə əsasən, qanunsuz miqrantların saxlanılması mərkəzindəsaxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə gündə üç dəfəyemək veriləcək.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərgündə üç dəfə yemək və maddi-məişət normalarına uyğun, keyfiyyətbaxımından müasir gigiyena tələblərinə və qida normalarına cavabverən pulsuz, Mərkəzdə hazırlanmış isti yeməklə təmin edilirlər.Yeməklər hazırlanarkən, Mərkəzdə saxlanılan əcnəbilərin vəvətəndaşlığı olmayan şəxslərin yaşı, sağlamlıq vəziyyəti və diniənənələri nəzərə alınır.

Mərkəzdə sanitariya-gigiyena və yanğın təhlükəsizliyiqaydalarının tələblərinə uyğun olaraq, zəruri maddi-məişət şəraitiilə təmin olunurlar. Onların Mərkəzdə insan ləyaqətini alçaldanşəraitdə saxlanılması qadağandır.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxsləristifadə sahəsi hər nəfərə dörd kvadrat metrdən az olmayan yaşayışotaqlarında saxlanılır və fərdi çarpayı, habelə yataq ləvazimatlarıilə təmin olunurlar.

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin münasib paltarı olmadıqda, onlar iqlimə uyğun paltarlatəmin edilirlər. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habeləazadlıqdan məhrum etmə növündə cəzaçəkən şəxslərə verilən paltardanfərqlənməlidir.

Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılanəcnəbinin və vətəndaşlığı olmayan şəxsin yeməkdən imtina etdikdəgörüləcək tədbirlər də müəyyənləşir.

Məcəlləyə əsasən, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığıolmayan şəxs yeməkdən imtina etdikdə, Mərkəzin rəisi və ya onu əvəzedən şəxs, həkimin iştirakı ilə bunun səbəbini aydınlaşdırmalı, bubarədə dərhal müvafiq icra hakimiyyəti orqanına yazılı məlumatverməlidir.

Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, Mərkəzin rəisiMərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindənirəli sürülən qanuni tələblərin təmin edilməsi üçün dərhaltədbirlər görür. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsimümkün olmadıqda, Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığıolmayan şəxsə müvafiq izah verilir və həmin tələblərin təminedilməsi üçün tədbirlər görülür.

Yeməkdən imtina eden Merkezde saxlanılan əcnəbi və vətəndaşlığıolmayan şəxs Mərkəz rəisinin və ya onu əvəz edən şəxsinəsaslandırılmış qərarı ilə Mərkəzdə saxlanılan digər əcnəbilərdənvə vətəndaşlığı olmayan şəxslərdən ayrı saxlanılır və ona həkimnəzarəti təyin edilir.

Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbinin vəvətəndaşlığı olmayan şəxsin Mərkəzdə saxlanılma rejimininöhdəliklərindən azad edilməsi həkimin tibbi rəyi əsasında həyatakeçirilir.

Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbiyə vəvətəndaşlığı olmayan şəxsə bu barədə müvafiq qeyd aparılmaqla gündəüç dəfə yemək verilir və ona yeməyi qəbul etmək təklif olunur. Butəklif rədd edildikdə, yeməkdən imtina yeməklərin gətirilməsihaqqında qeydiyyatın aparıldığı vərəqdə qeyd olunur və həmin vərəqəcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi işinə əlavəedilir.

Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbinin vəvətəndaşlığı olmayan şəxsin həyatı üçün təhlükə yarandıqda və o,özü haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə,həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə Mərkəzdəsaxlanılan yeməkdən imtina edən əcnəbinin və vətəndaşlığı olmayanşəxsin səhhətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər, ocümlədən həmin şəxsin ləyaqətini alçaltmamaq şərtilə məcburiqaydada qidalandırılması həyata keçirilir.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsinyemək qəbulundan imtina etməsi onun digər Mərkəzlərə göndərilməsinəmane olmur. Mərkəzdə saxlanılan yemək qəbulundan imtina edənəcnəbinin və vətəndaşlığı olmayan şəxsin digər Mərkəzlərəgöndərilməsi tibb işçisinin müşayiəti ilə həyata keçirilir.

Seçilən
8
7
az.trend.az

10Mənbələr