AZ

Üç prokurorun qulluq keçməsinə xitam verildi - FOTOLAR

Prokuror köməkçisi Mirdamət Əliyev, dövlət ittihamçıları Vaqif Əsədov və Azad Orucovun qulluq keçmələrinə xitam verilməsi ilə bağlı Baş Prokurorluqda görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, onlara baş prokuror tərəfindən verilmiş Fəxri fərmanlar təqdim edilib.

Tədbirdə, həmçinin 70 illik yubileyinin tamam olması ilə əlaqədar prokurorluğun veteranı Fərman Rzayevə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” yubiley medalı təqdim edilib

Görüş zamanı təqaüdə çıxmış işçilərin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınıb, səmərəli fəaliyyətləri qeyd edilib.

Veteranlar göstərilən diqqətə görə minnətdarlığını bildirərək tədbir iştirakçıları ilə xatirələrini bölüşüb.

Sonda xatirə fotosu çəkilib.

Seçilən
7
5
bakivaxti.az

10Mənbələr