AZ

Ölən yenidoğulmuşla bağlı TƏBİB-dən AÇIQLAMA

İsmayıllıda doğulan körpənin ölüm səbəbi açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, 23 yanvar 2025-ci il tarixində İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü şəxs hamiləliyin 39-cu həftəsində doğum sancıları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinə müraciət edib. Doğuş zamanı çəkisi 4000 qram, boyu 52 sm olan oğlan uşağı dünyaya gəlib.

Qeyd olunub ki, doğuş zamanı və doğuşdan sonra uşağın səhhətində hər hansı bir problem qeydə alınmayıb.

"Lakin 24 yanvar 2025-ci il tarixində yenidoğulmuşda gözlənilmədən klinik vəziyyətin ağırlaşması baş verib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb",- deyə məlumatda qeyd olunub.

Mina Mikayılova

Seçilən
2
8
bakivaxti.az

10Mənbələr