AZ

Təyyarə qəzasında xəsarət alanların son durumu

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 2 nəfərin (qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.

Bu barədə TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Reanimasiya şöbəsində müalicə alan şəxsin vəziyyəti ağır stabil, Stasionar şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.

Stasionar şöbədə müalicə alan Nurullah Siracov və Müslimat Siracova fizioterapevtik müalicənin davam etdirilməsi məqsədilə bu gün TƏBİB-in tabeliyindəki Tibbi Reabilitasiya Mərkəzinə köçürülüb.

Ümumilikdə, təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb.

Bildirilib ki, onların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.

​​​​​​"Cebheinfo.az"

Seçilən
1
11
cebheinfo.az

10Mənbələr