AZ

Psixi pozuntu halları olan qanunsuz miqrantlarla əlaqədar həyata keçiriləcək tədbirlər açıqlanıb

Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bağlama, sovqat, banderol, pul baratlarının alınması və ya göndərilməsi qaydası müəyyənləşib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Miqrasiya Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər say məhdudiyyəti olmadan iş günlərində bağlama, sovqat və banderol almaq və ya göndərmək, həmçinin şəxsi hesabları vasitəsilə pul baratları almaq və ya göndərmək hüququna malikdirlər.

Mərkəzdə saxlanılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə sovqata onu gətirmiş şəxsin, bağlama və banderollara isə Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə Mərkəz işçisi tərəfindən baxış keçirilir.

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin adına göndərilən bağlama və banderollarda, gətirilən sovqatlarda qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar tərtib edilmiş axtarış protokolunda müvafiq qeydlər aparılmaqla götürülür və Mərkəzin anbarına təhvil verilir, yaxud Mərkəz rəisinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Protokol və əşyanın məhv edildiyi halda, Mərkəz rəisinin qərarı əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi işinə əlavə olunur.

Eyni zamanda, psixi pozuntu halları olan qanunsuz miqrantlarla əlaqədar həyata keçiriləcək tədbirlər açıqlanıb. Belə ki, qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbidə və vətəndaşlığı olmayan şəxsdə özünə və ya ətrafdakılara qarşı təhlükəli davranışla müşahidə olunan psixi pozuntu halları olduqda, ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülə biləcək.

Məcəlləyə əsasən, Mərkəzdə saxlanılan əcnəbidə və vətəndaşlığı olmayan şəxsdə özünə və ya ətrafdakılara qarşı təhlükəli davranışla müşahidə olunan psixi pozuntu halları olduqda, o tibb işçisinin rəyinə əsasən ən geci 24 saat müddətində təcrid edilməklə Mərkəzdə saxlanılan digər əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ayrı saxlanılacaq. Bu müddətdə həyata keçirilən tibbi tədbirlər səmərəli olmadıqda, həmin əcnəbinin və vətəndaşlığı olmayan şəxsin psixiatriya yardımı almaq üçün müvafiq ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülməsi üçün tədbirlər görüləcək.

​​​​​​"Cebheinfo.az"

Seçilən
3
3
cebheinfo.az

7Mənbələr