AZ

"Şahruddin o epizodda topu istədiyi kimi uzaqlaşdıra bilmədiyi üçün belə narazılıq edirdi"

“Turan Tovuz”un futbolçusu Veysəl Rzayev apasport.az saytına müsahibə verib.

-"Qarabağ"la matçda qələbə qazanmağı bacardınız. Həmin görüşdəki qələbəni necə şərh edərdin? Son dəqiqələrdə nə baş verdi ki, "Turan Tovuz" qələbə qazandı?

- Qələbə münasibəti ilə komanda yoldaşlarımı təbrik edirəm. Çünki sona qədər döyüşdük. Belə oyunlarda sona qədər müabrizə aparmaq önəmlidir. Üstəlik, “Qarabağ” kimi kluba qarşı oynuyursansa, 1 səhv bütün oyunun taleyini həll edə bilər. Bu oyunda 1:0 məğlub da ola bilərdik. Ancaq son dəqiqələrdə hesabı bərabərləşdirdik və psixoloji üstünlük də bizim tərəfimiz keçdi. Sona qədər mübarizə apardığımız üçün qələbə qazandıq.

- Maraqlıdır, oyundan öncə və fasilədə Kurban Berdıyev kollektivə nə dedi ki, "Turan Tovuz" bu qədər mübariz görsəndi?

- Oyundan öncə “Qarabağ”ı çox yaxşı analiz etdiyimizi deyə bilərəm. Hər bir klub “Qarabağ”la oyunlarda digər matçlardan fərqli olaraq, daha istəkli hazırlaşır. İlk hissədən sonra isə Kurban Berdıyev ilk hissədə olan səhvlərimizdən danışdı, izah etdi və ikinci hissəyə daha inamlı, istəkli çıxdıq. Düzdü, oyuna yaxşı başlaya bilməsək də, sonradan epizodlarımız yarandı.

- Birinci qolun vurulmasında Faiq Hacıyevlə Şahruddin Məhəmmədəliyev arasında mübarizə daha çox müzakirə edildi. Həmin epizodu necə şərh edərdin? Səncə, Şahruddinə qarşı kobud oyun var idi?

- Epizoda mən də baxmışam və orada heç bir qayda pozuntusundan söhbət gedə bilməz. Çünki biz standart vəziyyətlər üzərində çox çalışırıq və hər bir detala diqqət edirik. Qol vursaq belə, bunun qaydalar çərşivəsində olmasına çalışırıq. Məncə Hakimlər Komitəsinin sədri də sonradan müsahibəsində qeyd edib ki, heç bir qayda pozuntusu yoxdur. Sadəcə Şahruddin o epizodda topu istədiyi kimi uzaqlaşdıra bilmədiyi üçün belə narazılıq edirdi.

- Maraqlıdır ki, "Turan Tovuz" bu mövsüm "Qarabağ"dan 7 xal almağı bacarıb. Halbuki onlardan xal almağı çox komanda bacarmır. Bunu nəyin sayəsində edirsiz, səncə?

- Qeyd etdiyim kimi, “Qarabağ”la oyunlar daha əzmkar və mübariz keçdiyi üçün hər bir komanda daha yaxşı hazırlaşır. Son turda “Kəpəz”lə oyundan sonra komandada bir az psixoloji yorğunluq hiss olundu. Ancaq biz öz aramızda da söhbət edirik və “Qarabağ”la oyunun da çətin keçəcəciyini bilirdik. Buna görə də qısa zamanda toparlanıb, oyunu qələbə ilə başa vurduğumuz üçün komanda yoldaşlarımı təbrik edirəm.

- Növbəti turda "Səbail"lə qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsən? Səncə, "Səbail"i məğlub edə biləcəksiz?

- Hazırda çempionat çox maraqlı keçir, hər bir klub fərqli nəticələr göstərə bilər. Ancaq biz artıq “Qarabağ”la oyunu yaddan çıxarmışıq. “Səbail”lə oyuna hazırlaşırıq, komanda yoldaşlarıma da inanıram. Məncə, heç bir rahatlıq olmadan, yenə eyni mübarizəni aparıb bu oyunda da qələbə qazanacağımıza inanıram.

“İmişli” iki futbolçusu ilə vidalaşıb

Ruslan Qurbanov: "Mənim üçün pul o qədər önəmli deyil, pulum var"

“Adana Dəmirspor”un baş məşqçisi istefaya göndərilib

Mikels qərarını verdi: Azərbaycan klubundan imtina etdi

"Turan Tovuz"dan ayrıldı, "Mingəçevir"ə keçdi

Seçilən
13
42
apasport.az

10Mənbələr