AZ

"Rəqibin oyunçusu yaxşı çıxış etdi" - Georgi Kondruseviç

"Çox maraqlı bir qarşılaşmanın şahidi olduq”. SİA xəbər verir ki, bunu "Lənkəran"nın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Kubokunun 1/8 final mərhələsində NTD-yə 73:87 hesabı ilə uduzları qarşılaşma barədə danışıb.

Mütəxəssis bildirib ki, komanda öz oyununu sərgiləməyə çalışıb: “Bəzi məqamlarda buna nail olduq. Rəqibin oyunçusu Əkbər Məmmədov yaxşı çıxış etdi. Onun uğurlu performansı xüsusi ilə 4-cü hissədə yaxşı çıxış etməyimizə mane oldu. İrəli baxmalıyıq. Azarkeşlərimizə dəstəkləri üçün təşəkkür edirik. Ümid edirik ki, ilk ev qələbəsi tezliklə gələcək".

Seçilən
5
16
sia.az

9Mənbələr