AZ

İnternet sahəsi üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair iclas keçirilib (FOTO)

Bakı. Trend:

Yanvarın 28-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrəKomissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindənrəhbərliyi həyata keçirilən “İnternetə qoşulma və internetinfrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.

Bildirilib ki, iclasda Komissiya Katibliyinin rəhbəri, İşçiqrupun rəhbəri və üzvləri, eləcə də özəl sektor nümayəndələriiştirak ediblər.

İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının“Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədətəkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair2024-cü il Yol Xəritəsi üzrə görülmüş işlərin müzakirəsi aparılıbvə 2025-ci il üçün qarşıda duran vəzifələr müəyyən edilib.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirininmüavini Şahin Babayev açılış çıxışı edərək biznes mühitininəlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizinmövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiqtədbirlərin görüldüyünü qeyd edib.

Eyni zamanda bildirib ki, Yol Xəritəsinin həyata keçirilməsindəmaraqlı tərəf olaraq biznes və ictimaiyyət nümayəndələrininməlumatlandırılması, onların islahatların hazırlanması və həyatakeçirilməsi prosesində aktiv iştirakı böyük rol oynayıb. Eynizamanda rəylərin təqdim olunması üçün əlverişli imkanlarınyaradılması bu sahədə həyata keçirilmiş kompleks tədbirlərinsəmərəliliyinin artırılmasına xidmət edib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə KomissiyaKatibliyinin rəhbəri, Azərbaycan Respublikası PrezidentiAdministrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsininsektor müdiri Vüsal Şıxəliyev “Business ready“ hesabatının internetinfrastrukturu ilə bağlı göstəricilərin yaxşılaşdırılmasında İşçiqrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. V.Şıxəliyevbençmarklar əsasında internet infrastrukturunun diaqnostikasınınaparıldığını və 2025-ci il üzrə təkmilləşdirilməli sahələrinmüəyyən edildiyini diqqətə çatdırıb.

Bildirib ki, bugünkü iclasda əsas məqsədimiz 2025-ci il üzrəqarşıda duran vəzifələri müəyyənləşdirərək növbəti ilin YolXəritəsini təkmilləşdirməkdir ki, bu tədbirlərin icrası yekunda həmbiznes mühitinə, həm də “Business Ready” hesabatının “Kommunalxidmətlər (internet)” indikatoruna müsbət təsir etsin.

Məlumat üçün bildirək ki, Komissiyanın “İnternetə qoşulma vəinternet infrastrukturu” İşçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyi həyata keçirir.

İnternet
İnternet
İnternet
İnternet
İnternet
Seçilən
21
2
az.trend.az

9Mənbələr