Siirt Bələdiyyə başçısı 6 il 3 ay həbs cəzasına məhkum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, DEM partiyasından olan Bələdiyyə başçısı Sofiya Alaqas “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 6 il 3 ay həbs cəzasına məhkum edilib.
Məhkəmə Diyarbəkir 5-ci Ağır Cəza Məhkəməsində baş tutub. Siirt Bələdiyyə başqanı Sofiya Alaqaş barəsində “terror təşkilatına üzv olmaq” ittihamı ilə iddia qaldırılıb.
İşin 7-ci iclasında Alağaş 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Xuraman Etibarlı
İnterpress.az