AZ

Ötən il ARDNF daşınmaz əmlak portfeli üzrə 3.7% zərər edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən təqdim edilmiş 9 aylıq icra göstəricilərinə əsasən aktivlərin idarə edilməsindən ən böyük gəlirlilik səhm alt portfeli üzrə olmuş (16%), aktivlərdə ən böyük paya sahib olan borc öhdəlikləri və pul bazarı alt portfeli üzrə isə (Azərbaycan istiqrazları daxil) 4% gəlirlik əldə edilsə də, daşınmaz əmlak alt portfeli üzrə mənfi 3,7% gəlirlik müşahidə edilib.

APA-Economics” xəbər verir ki, bu Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində əks olunub.

Qeyd edilib ki, Fondun investisiya portfelinin idarəedilməsindən ümumi reallaşdırılmamış gəliri 3 275,3 mln. ABŞ dolları və ya 5,8% təşkil edib.

Bildirilib ki, Fondun müxtəlif valyutalara investisiya qoymaqla öz valyuta riskini diversifikasiya etməyə çalışdığı müşahidə edilsə də, məzənnə dəyişikliyinin volatil olmasını nəzərə alaraq Fondun investisiya siyasətində valyutalar üzrə əməliyyatların təkmilləşdirilməsi və aktivlərdə ifadə olunan qızılın həcminin (xüsusi çəkisinin) artımını aktuallaşdırıb.

Seçilən
7
13
apa.az

10Mənbələr