AZ

İqtisadiyyat nazirinin müavini Xızıda vətəndaşlarla görüşəcək

Yanvarın 30-da iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xızı və Abşeron rayonlarından olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən "İki sahil"ə bildirilib ki, görüş saat 11:00-dan etibarən Xızı şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında, Xızı rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Seçilən
2
2
ikisahil.az

3Mənbələr