Çempionlar Liqası həyəcanı son həftədə də davam edir. İlk 8 yeri tutan komanda birbaşa növbəti mərhələyə adlayacaq ilk 24 yeri tutan son 16 komanda pley-offa vəsiqə qazanacaq. Bəs Çempionlar Liqasının püşkatma mərasimi nə vaxt, saat neçədə baş tutacaq?
News24.az xəbər verir ki, çərşənbə günü keçiriləcək son liqa oyunlarından sonra püşkatma mərasimi keçiriləcək. “Liverpul”un liderliyini qoruduğu Çempionlar Liqasında ilk 8-likdə hansı komandaların yer alacağı maraq doğurur. İlk 24-lükdə yer alan son 16 komanda pley-offda oynamaq hüququ qazanacaq.
Çempionlar Liqasının 8-ci həftəsinin oyunları keçirildikdən sonra bütün gözlər püşkatmaya yönələcək. Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi 31 yanvar 2025-ci il, cümə günü keçiriləcək. Püşkatmanın vaxtı hələ dəqiqləşməyib.
Ağa Dadaşzadə